İslamabadın hərbi bazalara hücum cəhdindən sonra Hindistan Hərbi Dəniz Qüvvələri Ərəb dənizindəki bir çox Pakistan hədəfinə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə "NDTV" televiziya kanalı mənbələrə istinadən xəbər verib.
Əməliyyatla bağlı əlavə məlumat verilməyib.
Hindistan Silahlı Qüvvələrinin Birgə Müdafiə Qərargahı mayın 8-də "X" sosial şəbəkəsində bildirib ki, Pakistan Hindistanın şimalındakı Cammu və Kəşmirdəki hərbi bazalara raket və pilotsuz uçuş aparatlarından istifadə edərək hücum edib. Təhlükənin zərərsizləşdirildiyi, itkilərin olmadığı qeyd edilib.