Hindistan hökuməti Pakistanın Hindistan ərazisində kəşfiyyat əməliyyatları aparmaq üçün Türkiyə istehsalı olan pilotsuz təyyarələrdən istifadə etdiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Economic Times" məlumat yayıb.

Mayın 7-dən 8-nə keçən gecə Pakistan ordusu hərbi infrastrukturu hədəfə almaq niyyəti ilə qərb sərhədi boyunca Hindistanın hava məkanını bir neçə dəfə pozub. Təxminən 300-400 drondan 36 istiqamətdə infiltrasiya cəhdləri həyata keçirilib. Hindistan ordusu pilotsuz təyyarələrin əksəriyyətini vurub.

Belə genişmiqyaslı hava hücumlarının mümkün məqsədlərindən biri hava hücumundan müdafiə sistemlərinin sınaqdan keçirilməsi və kəşfiyyat məlumatlarının toplanması idi.

İlkin məlumata görə, onlar Türkiyənin Sonqar pilotsuz təyyarələri olub.

Ağarza Elçinoğlu