Ermənistanın Baş prokuroru Anna Vardapetyan prokurorluğun ikinci prezident Robert Köçəryan və onun tərəfdaşlarından qeyri-qanuni mənşəli əmlakının məhkəmədə müsadirəsi olunmasını tələb etdiyini deyib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Baş prokurorun sözlərinə görə, bu, Robert Köçəryana və onunla əlaqəli olanlara qarşı məhkəmədə baxılan iddiadır: "Ermənistan Respublikasının Baş Prokurorluğu Robert və Bella Köçəryanların, Sedrak Köçəryan və Zaruhi Badalyanın, Levon və Siranuş Köçəryanların, Qayane Köçəryanın və Vigen Çatinyanların qeyri-qanuni mənşəli əmlaklarının müsadirə edilməsi ilə bağlı məhkəmə iddiasında aşağıdakıların müsadirə olunmasını tələb edir:
22 daşınmaz əmlak, 2 əmlak alqı-satqısı hüququ;
3 milyon dollar, 985 milyon dramdan çox istiqrazlar;
1,4 milyon dollardan çox depozit;
15 hüquqi şəxsdə iştirak (hüquqi şəxslərə “Nairi Insurance”, “Toyota Yerevan”, “Target Group” və bir sıra digər şirkətlər daxildir);
4 milyon dollar, 8,3 milyard dram, 260 milyon rubl və təxminən 590 min avro məbləğində kredit tələb etmək hüququ;
2 maşın".
Ağarza Elçinoğlu