Azərbaycanda seçkilər tam sürəti ilə gedir
11:18 27-08-2013
CƏMİYYƏT
Azərbaycanda seçkilər tam sürəti ilə gedir
"Seçkilər Azərbaycanın beynəlxalq öhdəlikləri sahəsində irəliləyişi nümayiş etdirəcək"
Müxalifət hələ də daxili çəkişmələrlə məşğul olduğu bir zamanda hakimiyyət seçkilərə hazırlığı ən yüksək həddə çatdırıb. Artıq İlham Əliyevin namizədliyi qeydiyyata alınıb və seçkiləri idarə etmək üçün konsepsiyada hazırdır. Belə ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin təbliğat-təşviqat kampaniyasının aparılması üçün partiyanın proqramına uyğun olaraq müxtəlif layihələr hazırlanıb.
Bildirilir ki, YAP Seçki Məcəlləsinin verdiyi bütün imkanlardan istifadə edəcək: "Təbliğat-təşviqat kampaniyası ilə bağlı ayrı-ayrı sahələr üzrə proqramları və materialları hazırdır.Belə ki, YAP təşviqat məsələlərində ən yeni texnologiyadan istifadə edəcək,yerlərdə YAP-ın fəalları, o cümlədən regionların tanınmış şəxsləri təşviqat kampaniyasına qatılacaq, təşviqat kampaniyası bütün regionları, bütün bölgələri əhatə edəcək. Hər kənddə, hər qəsəbədə, hər məhəllədə YAP-ın namizədi cənab İlham Əliyevin seçki proqramını seçicilərə canlı təmasda çatdırmağa çalışacaqlar, televizyaların pullu və pulsuz efir vaxtından səmərəli istifadə ediləcək. YAP-ın təşviqat kampaniyasında əsas istiqamət Azərbaycanda həyata keçirilmiş quruculuq, abadlıq, inkişaf, tərəqqi, sabitlik kimi amillərə veriləcək,prezidentin fəaliyyətini seçicilərə çatdırmaq üçün onlarla görüşlərdə bu məsələlər müzakirə ediləcək. Çox maraqlıdır ki, müxalifətdən fərqli olaraq beynəlxalq təşkilatlarda eyni aktivliyi nümayiş etdirir. Belə ki, artıq Avropa İttifaqı da müəyyən addımlar atıb. "Son qiymətləndirmə ölkənin demokratik inkişafı üçün əsas sahələrdən olan seçkilər sahəsində Azərbaycanın beynəlxalq öhdəlikləri yerinə yetirməsi nöqteyi-nəzərindən əldə etdiyi irəliləyişi nümayiş etdirəcək".Bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia bəyan edib. Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia Azərbaycan höküməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün seçki müşahidə missiyasının gəlməsinə dair razılığı alqışlayır.Müşahidə missiyasının çoxsaylı, professional və balanslaşdırılmış tərkibi və öz vəzifəsini yerinə yetirmək üçün maneəsiz iş mühiti missiyanın DTİHB-nin ümumi mandatı əsasında uğuru üçün əsas təşkil etməlidir. Bu, digər yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçiriləcək seçkilərin hazırkı mərhələsinə beynəlxalq legitimlik əlavə edəcək.
Avropa İttifaqının bu fikirləri isə sözsüz ki, hakimiyyətin ciddi uğurudur. Çünki dünənə qədər müxalifət tamam başqa iddialarla çıxış edirdi. Bunu da qeyd edək ki, Avropa İttifaqı ilə yanaşı digər beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edib. Çünki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli missiyasının müşahidəçiləri də artıq Bakıya gəlib və sözsüz ki, hakimiyyətin razılığı ilə. Bu da qeyd edilir ki, hal-hazırda faktiki hazırlıq işləri gedir.
Bundan öncə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Targay jurnalistlərə açıqlamasında bildirib ki, Bakıya 30 nəfər uzunmüddətli, 180 nəfər qısamüddətli müşahidə aparan şəxs gələcək.
O, həmçinin qeyd edib ki, avqustun 26-dan etibarən 50-55 nəfərin fəaliyyət göstərəcəyi yardımçı ofis fəaliyyətə başlayacaq. MDB-dən olan ilk müşahidəçilər isə Azərbaycana sentyabrın ortasında gələcəklər.Bu barədə təşkilatın İçraçı katibliyindən bildirilib.Katiblikdən vurğulanıb: "Bakıda missiyanın işi üçün Azərbaycan prezident seçkilərində MDB missiyasının qərargahının açılması planlaşdırılır. Qərargahın açılışında MDB İcraiyyə Komitəsinin sədrinin birinci müavini Vladimir Qarkunin iştirak edəcəyi planlaşdırılır".Gördüyünüz kimi artıq müxtəlif qütblərdən prosesə qüvvələr cəlb olunub və bu müxalifətin tam iflasından xəbər verən bir məqamdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49