Çin prezidenti Si Cinpin bir daha dünyada ticarət müharibələri aparmaq cəhdlərinə qarşı çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə "Sinxua" agnetliyi məlumat dərc edib.  

Çin-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması (CELAC) əməkdaşlıq forumu çərçivəsində çıxış edən Çin lideri qeyd edib ki, “ticarət müharibələrində qalib yoxdur” və “hegemonluq yalnız özünütəcridə gətirib çıxaracaq”.

"Görünməmiş dəyişikliklər və bir-birinə qarışan çoxsaylı risklər əsrində biz yalnız əməkdaşlıq vasitəsilə sülh və sabitliyi qoruyub saxlaya, beynəlxalq inkişafı və rifahı yüksəldə bilərik", - Çin lideri əlavə edib.