Əli Kərimli İsa Qəmbəri ittiham etdi
11:19 27-08-2013
CƏMİYYƏT
Əli Kərimli İsa Qəmbəri ittiham etdi
Amma bu dəfə saxtakarlıqda yox, etibarsızlıqda
Hərçənd ki, Milli Şuranın iclasında hər iki lider eyni mövqedən çıxış etmişdilər və Cəmil Həsənliyə dəstək olmuşdular. Amma gözlənilmədən aydın oldu ki, yenə yer altından sular axırmış və liderlərin bir-birinə inamsızlığı davam edirmiş.
Belə ki, AXCP partiyasının lideri bildirib ki, o nəinki hansısa ziyalının vahid namizəd olmasına razıdır, hətta İsa Qəmbər belə Milli Şuranın namizədi olmağa razılaşsa və başqa qüvvələrin dəstəyini alsa, onu da müdafiə etməyə hazırdır. Amma bunu dediyi halda belə müsavatçıların ondan İsa Qəmbərlə aralarında nə problem olduğunu soruşması Əli Kərimlini cin atına mindirib. O bu suala cavab olaraq bildirib ki, İsa Qəmbər onu dəstəkləyəcəyi haqda açıqlama belə verməyib. Mənim haqqımda belə bir, bəlkə bir soruşasınız ki, eyni açıqlamanı İsa bəy mənim haqqımda veribmi? Eyni ifadələrlə deyibmi ki, məsələn, digər partiyalar Əli Kərimlinin namizədliyini dəstəkləsələr Müsavat da onu müdafiə etməyə hazırdır?- deyib. Maraqlıdır, gözlənilmədən Əli Kərimli nədən İsa Qəmbəri yenə hədəfə aldı?Suala Musavat rəsmiləri belə cavab verdilər ki, görünür Müsavat partiyasının bu prosesdə doğru xətt tutması AXCP-çiləri qıcıqlandırıb və buna görə belə bir bəyanat verilib. Ekspertlər bunu da bildirir ki, hələ bu iki partiya arasındakı savaşın ilk mərhələsidir və əsas mübahisələr Cəmil Həsənli ilə bağlı imzatoplama kompaniyası başlayan zaman olacaq. Bunu da qeyd edək ki, bu gün Cəmil Həsənlinin seçki qərargahına demək olar ki, Müsavat rəhbərlik edir və buda AXCP-ni artıq qıcıqlandırmağa başlayıb. Hətta buda bəyan edilir ki, çox böyük ehtimal ki, Cəmil Həsənlinin imza toplama kompaniyası iki partiyanın savaşı ucbatından baş tutmaya bilər.
Bu arada isə söz savaşına Rəsul Quliyevdə qatıldı. Hələ Cəmil Həsənli vahid namizəd olan zaman bunun əleyhinə çıxan Rəsul Quliyev bildirmişdi ki, müxalifət yenə özünü aldadır. İndi isə Rəsul Quliyev yeni təkliflə çıxış edib:- "Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri baykota çağırsın". Bu fikirləri açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bildirib.İlk gündən professor Cəmil Həsənlinin namizədliyinə qarşı olduğunu deyən eks-spiker seçkilərdə ehtiyat namizədin bir faiz də səs toplaya bilməyəcəyini deyib.R.Quliyev hesab edir ki, C.Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürə bilər:"Yeganə bir şəxsin qələbə şansı var idi o da Rüstəm İbrahimbəyov idi. Onu da Milli Şura qeydiyyat uğrunda mübarizədən uzaqlaşdırdı. Prezident seçkilərində səslər aşağıdakı şəkildə paylaşacaq. İlham Əliyev 72-80 faizə qədər. Yerdə qalanlar 16-18 faiz, 2 faiz də saxta bülleten. Hörmətli Cəmil müəllimin topladığı səslər 0.2-0.5 faizdən artıq olmayacaq. İlqar Məmmədovu seçkilərə buraxsalar ona 2 faiz yaza bilərlər.Əlbəttə İqbal Ağazadə və başqalarına daha çox səs veriləcək. Milli Şura seçkilərin saxtalaşdırılmasının qarşısını nəinki ala bilmək, hətta zəif müqavimət göstərmək qabiliyyətinə malik deyil. Çünki Cəmil Həsənli insanları ayağa qaldıra bilən fiqur deyil. Onun əsas güvəndiyi qüvvə Milli Şura yox, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Cəbhəçilərin öz rayonlarında belə kiçik mitinq təşkil edə bilməməsi bir ay müddətində hansı bir gücə çevriləcəklərinə inanmaq çətindir. Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri baykota çağırsın, ancaq bu addım gecikmiş addım olacaq"-deyə R.Quliyev Milli Şuradan narazılıq edib.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10