Moskva mayın 15-də İstanbulda Kiyevlə danışıqları məsuliyyətlə aparmağa hazırdır.

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında söyləyib.

Diplomatın sözlərinə görə, erkən proqnoz vermək tezdir: “Biz danışıqlara ciddi məsuliyyətlə yanaşmağa hazırıq”, – deyə o vurğulayıb.

Nazir müavini əlavə edib ki, mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda münaqişənin davamlı həlli və yerdə formalaşmış reallıqlar, o cümlədən ərazi məsələsi müzakirə olunacaq.

“Mövzular dəyişməz qalır, dəfələrlə dediyimiz kimi əsas məqsəd münaqişənin etibarlı və davamlı həllini təmin etməkdir. Bunun üçün isə ilk növbədə münaqişənin ilkin səbəblərinə qayıtmaq lazımdır”, – deyə Ryabkov qeyd edib.