Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, mayın 12-də Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar apardığını bildirib.

"Unikal" xəbər verir ki, Ərdoğan danışıqların təfərrüatlarını açıqlamayıb.

“Bir müddət əvvəl biz Ukrayna prezidenti cənab Volodimir Zelenski ilə danışıqlar apardıq”, - deyə o qeyd edib.

Ərdoğan əlavə edib ki, o, ABŞ prezidenti Donald Trampın “qaynar münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək” istəyini dəstəkləyir.