Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə attestasiyasının növbəti mərhələsi başlayıb.

Nazirlikdən "Unikal"a bildirilib ki, attestasiyanın ilkin mərhələsində Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin attestasiyası keçirilib.

Mayın 23-dək davam edəcək attestasiyaya Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə 568 müəllimi cəlb olunacaq.

İyunda isə sözügedən regionların məktəblərində tədris olunan digər ixtisaslar üzrə təhsilverənlərin attestasiyasının keçirilməsi nəzərdə tutulur.