Ermənistan parlamentində yenə depuatatlar arasında dava düşüb. 

"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hakim Vətəndaş Müqaviləsi partiyasından olan parlamentin vitse-spikeri Akop Arşakyan parlament tribunasından müxalifət deputatlarına, xüsusən də Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryana qarşı təhdid və təhqirlər səsləndirməyə başlayıb.

Hətta, o,  hazırkı hökuməti və parlamentin sədri Alen Simonyanı tənqid edib.

Bundan sonra müxalif deputatlarla onun arasında mübahisə yaşanıb.