Pakistan Xalq Partiyasının (PXP) Kvetta şəhərində keçirdiyi mitinq zamanı baş vermiş partlayış nəticəsində azı bir nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə ARY News telekanalı polis mənbələrinə istinadən məlumat yayıb.
Polisin verdiyi məlumata görə, izdihamın arasına iki əl qumbarası atılıb, eyni zamanda M203 tipli qumbaraatan da istifadə olunub. Partlayış Belucistan əyalət məclisinin deputatı Əli Madad Cattakın çıxışı zamanı baş verib. Deputat xəsarət almasa da, onun avtomobili zədələnib.
Belucistan rəsmiləri hadisəni pisləyərək “qorxaqcasına törədilmiş hücum” adlandırıblar. Yaralılar dərhal tibbi yardım alaraq travmatologiya mərkəzinə yerləşdiriliblər.