İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın İranın iğtişaşların səbəbi və təhlükə mənbəyi olması ilə bağlı açıqlamalarını rədd edib.
"Unikal" xəbər verir ki, o, bu barədə Kirmanşah əyalətində çıxışı zamanı danışıb.
İsrailin Qəzzaya hücumlarına toxunan Pezeşkian, "Müharibəyə biz başladıq, yoxsa hücumçu ölkəyə bomba və raketlər verən, Siz?! 47 ildir bu dövləti və milləti diz çökdürməyə çalışdılar, amma bacarmadılar. Təhdidlər qarşısında geri addım atacağımızı düşünmək axmaq bir fikirdir. Biz heç bir tirana boyun əyməyəcəyik", - deyib.
Gülayə Mecid