Bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi gözlənilir. Görüşlərin vaxtı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. 

***09:36

İstanbulda Ukrayna üzrə danışıqların başlaması Bakı vaxtı ilə təxminən saat 11:00-a planlaşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Agentliyin məlumatına görə, danışıqlar mətbuata bağlı qapılar arxasında aparılacaq.

Rusiya və Ukrayna arasındakı danışıqlar 2022-ci ildə olduğu kimi İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasının iş ofisində baş tutacaq. 

Gülayə Mecid