Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ASC “Xalq” Bankı ölkənin investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazə verilən ilk bank statusunu qazandı. 

"Unikal" xəbər verir ki, bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Bu lisenziya Xalq Banka geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verərək bankın bazardakı mövqeyini daha da gücləndirəcək və fəaliyyətini yeni mərhələyə daşıyacaq. Bununla da müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq. Səhm və istiqrazlarla əməliyyatların Bankın XalqOnline mobil tətbiqi vasitəsilə rahatlıqla icrası mümkündür.
Xalq Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirir: “Xalq Bank üçün bu lisenziyanın əldə edilməsi, onun strateji inkişafında mühüm bir mərhələni təmsil edir. Biz müştərilərimizə  çeşidli və innovativ bank xidmətləri ilə yanaşı, həm də peşəkar investisiya həlləri təklif edəcəyik. Məqsədimiz – kapital bazarının inkişafına dəstək olmaqla yanaşı, fiziki və hüquqi şəxslərin investisiya imkanlarını genişləndirməkdir. Bu fəaliyyətimiz müştərilərimizə kompleks və etibarlı maliyyə həlləri təklif etməyə imkan verməklə yanaşı, eyni zamanda ölkənin investisiya bazarlarının inkişafına töhfə verəcəkdir.”
Ötən il 20 illiyini qeyd edən və hazırda regionun ən dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından biri olan Xalq Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. Xalq Bank aktivlərinin, kredit və  depozit portfelləri  həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyündədir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.