Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bir daha vurğulayıb.
"Unikal" xəbər verir ki, onun çıxışı Ukrayna telekanalları tərəfindən canlı yayımlanıb.
"Mən buradayam, biz birbaşa danışıqlara hazırıq", – deyə Zelenski bildirib.
Bundan əvvəl Zelenskinin İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak etməyəcəyi bildirilmişdi.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası daha əvvəl Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Volodimir Zelenskini qəbul etməyə hazır olduqlarını bəyan etmişdi.