Hindistan və Pakistan arasında atəşkəs rejimi 18 may tarixinədək uzadılıb.
"Unikal" xəbər verir ki, bu barədə Pakistanın birinci baş nazir müavini və xarici işlər naziri İshaq Dar məlumat verib.
Parlamentdə çıxışı zamanı Dar bildirib ki, razılıq 14 may tarixində hər iki ölkənin hərbi əməliyyatlara cavabdeh komandirləri arasında keçirilmiş yeni telefon danışığı nəticəsində əldə olunub. Onun sözlərinə görə, ilk belə danışıq 10 mayda baş tutub.
“14 mayda keçirilən danışıqlar nəticəsində atəşkəs rejiminin 18 mayadək uzadılmasına nail olundu,” — deyə Dar Pakistan parlamentinin yuxarı palatasında qeyd edib.