Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlamazdan əvvəl Ukrayna tərəfi işğal olunmuş yeni regionları hüquqi cəhətdən Rusiya əraziləri kimi tanımaqdan imtina edir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

"Biz ərazi məsələlərini müzakirə edə bilmərik. Bu, konstitusiyamızın pozulmasıdır... Biz ərazi bütövlüyümüzü necə bərpa edə bilərik? Bu məsələ danışıqlar zamanı müzakirə olunacaq. Ukrayna buna hazırdır, lakin rəsmi Kiyev “müvəqqəti olaraq işğal olunmuş əraziləri Rusiyanınkı kimi tanımır”, - deyə Zelenski bildirib.