Fransa prezidenti Emmanuel Makron Roma Papası XIV Leo ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Makron X sosial şəbəkəsində yazıb.

"Mən Papa XIV Leo ilə ilk dəfə danışmaq fürsəti əldə etdim. Onu seçilməsi münasibətilə bir daha təbrik etdim. Biz dünyada münaqişələrin tüğyan etdiyi hər yerdə atəşkəsə nail olmaq, xüsusən də Ukrayna və Qəzza zolağında davamlı sülhə nail olmaq üçün lazım olan səyləri müzakirə etdik", - deyə Makron yazıb.