İstanbulda Ukrayna münaqişəsinə son qoyacaq sənədi hazırlamaq imkanı var.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin fövqəladə və səlahiyyətli səfiri Rodion Miroşnik deyib.
"Birincisi, birinci yolu tutmaq, yəni sülhə nail olmaq üçün razılaşmalar əldə etmək, nizamlanma mexanizmini tapmaq lazımdır. Hər iki tərəfdən yaradılmış qruplar bunu edə bilər. Onlar həm Rusiya, həm də Ukrayna üçün məqbul, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən model hazırlaya bilərlər. Belə imkanlar var", - Miroşnik qeyd edib.
Ağarza Elçinoğlu