Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Ermənistanın müdafiə naziri Suren Papikyana açıq məktub göndərib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məktubda o, naziri Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə təbrik edib. 

Rusiya səfiri Artsrun Hovhannisyanın Stalinqrad döyüşünün əhəmiyyəti ilə bağlı qalmaqallı açıqlamaları ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin rəhbərinə müraciət edib: "Erməni xalqı arasında Qələbə Gününə dərin ehtiramın fonunda Artsrun Hovhannisyanın tarixən yalan və küfr xarakterli bəyanatları geniş etirazlara səbəb olub. Belə bir əməli Hitlerin SSRİ xalqlarını əsarət altına almaq və məhv etmək planlarının həyata keçirilməsinə mane olan, eyni zamanda bəşəriyyəti “qəhvəyi vəba”dan xilas edən qəhrəman əcdadlarımızın xatirəsini ləkələmək cəhdindən başqa bir şey kimi qiymətləndirmək çətindir".

Qeyd edək ki, Artsrun Hovhannisyanın Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibidir. O, 44 günlük müharibə dönəmində xüsusilə dezinformasiya yayması ilə tanınmışdı. 

Ağarza Elçinoğlu