Şəmkirdə yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə Şəmkir şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yerləşən 290 kv.m. olan 1 mərtəbəli "Baku electronics" mağazasının mətbəxində anidən yanğın olub. Yanğın zamanı 290 kv metr mağzanın 25 kv metri bəzi əşiyaları ilə birlikdə yanıb.
Yanğın zamanı "Baku electronics"in qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub.
Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov