Ukrayna və Rusiya İstanbulda danışıqlar zamanı tərcüməçi vasitəsilə əlaqə saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Bildirilir ki, danışıqlarda Ukrayna nümayəndələri rusiyalı nümayəndə heyətinin üzvləri ilə tərcüməçi vasitəsilə danışıblar.
Eyni zamanda, RT-nin müxbiri bildirib ki, danışıqlar rus dilində baş tutub.
Qeyd olunur ki, 2022-ci ildə Rusiya və Ukrayna arasında əvvəlki danışıqlar zamanı dialoq tərcüməçisiz baş tutub.