Tiranada keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında Fransa lideri Emmanuel Makronla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı baş verənlər gündəm olub.

"Unikal" xəbər verir ki, Makron Türkiyə lideri ilə görüşərkən psixoloji üstünlük və dominantlıq yaratmağa çalışıb. Belə ki, o, əlini Ərdoğanın əlinin üzərinə qoyaraq, daha sonra çiyninə vurmaq istəyib. Ərdoğan isə Makronun barmağını tutaraq buna imkan verməyib. Daha sonra Makron əlini geri çəkməyə çalışıb, lakin Ərdoğan bir qədər onun barmağını buraxmayıb. 

Bu, Ərdoğanın refleksini diplomatik bədən dili ilə verilən güclü mesaj kimi şərh edilib. 

Ağarza Elçinoğlu