Finlandiyanın Eyura şəhəri yaxınlığında iki mülki helikopter toqquşub.

"Unikal" xəbər verir ki, helikopterlərdən birində iki, digərində isə üç nəfər olub və onların hamısı hadisə yerində həyatını itirib.

Məlumata görə, həlak olanlar arasında iki estoniyalı iş adamı olub.

Qəza yerli vaxtla saat 12:35 radələrində (Bakı vaxtı 14.35) baş verib. Toqquşmadan sonra hər iki helikopter yerə çırpılıb.

Helikopterlər hadisə yerində bir-birindən təxminən 100 metr məsafədə aşkar edilib. Hadisənin səbəbləri araşdırılır.