ABŞ-nin mərkəzi hissəsində qasırğa nəticəsində azı 27 nəfər ölüb.

"Unikal" “The New York Times”a istinadən xəbər verir ki, ölənlərin 25-i Missuri və Kentukki ştatlarının payına düşür.

Nəşrin məlumatına görə, bir sıra ştatlarda binalar dağılıb.

Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır.