Roma Papası XIV Leo, papalıq hakimiyyətinin simvolları olan “balıqçı üzüyü” və xaçlarla bəzədilmiş yun lent – pallium ilə təltif olunub. Bu qədim mərasim 267-ci Roma Papasının pontifikat dövrünün rəsmi başlanğıcını simvolizə edib.

"Unikal" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

İnauqurasiya messasına, hansı ki papalı xütbə, “Səmavi Kraliça” duası və mübarək duala başa çatıb, şəxsən XIV Leo rəhbərlik edir. Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bildirdiyinə görə, meydana 150 minə yaxın inanan toplaşıb. Həmçinin 150-dən çox xarici ölkə nümayəndə heyəti, monarx ailələrinin üzvləri və dini konfessiyaların nümayəndələri iştirak edir. Xristian konfessiyalarla yanaşı, müsəlman, yəhudi, hindu və buddist icmalar da təmsil olunur.

Hazırkı Roma-Katolik Kilsəsinin rəhbəri bu ilin 14 sentyabrında 70 yaşını tamamlayacaq. Papa özü bəyan edib ki, Müqəddəs Pyotr taxtında xidmətinin mərkəzində rəqəmsal inqilab fonunda sosial ədalət məsələləri və münaqişələrin həlli dayanacaq.

Xütbəsində XIV Leo kilsə birliyinə çağırış edib və bu birliyi sülh içində birgəyaşayışın əsası adlandırıb. “Bu gün də biz çoxlu ixtilaflara, nifrətin, zorakılığın, stereotiplərin, digər insanlara qarşı qorxunun, Yer kürəsinin resurslarını istismar edən və kasıbları kənarda qoyan iqtisadi modellərin doğurduğu yaralara şahidlik edirik,” – deyə o bildirib.


Qeyd edək ki, mərasimdə Azərbaycandan Milli Məclisin sədri Sahibə Qafarova iştirak edib.

XXX

13:16

Mayın 18-də Müqəddəs Pyotr Kilsəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun andiçmə mərasimi keçirilir. Bununla da Müqəddəs Tax-Tacda 267-ci Papa olan XIV Leonun pontifikatı rəsmən başlayır.

"Unikal" xəbər verir ki, Papa XIV Leo əvvəlcə Müqəddəs Pyotr meydanına toplaşan izdihamı salamlayıb. Müxtəlif ölkələrdən gələn insanlar Roma Papası ilə bağlı şüarlar səsləndiriblər. Daha sonra Müqəddəs Pyotr Kilsəsində ayinlər başlayıb.

Andiçmə mərasimində 200-dən çox xarici nümayəndə heyəti iştirak edir. Onlar arasında müxtəlif ölkələrin dövlət və hökumət başçıları, o cümlədən İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın vitse-prezidenti Cey Di Vens var.

Mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanında və ətrafında təxminən 200 min nəfər toplaşıb.