“Hindistan hegemoniyasına əsla boyun əyməyəcəyik. Onlar bunu nə qədər tez başa düşsələr, həm regional sülh, həm də dünya üçün bir o qədər yaxşı olar”.

"Unikal" xəbər verir ki, bu barədə Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri Anadolu Agentliyinə verdiyi müsahibədə bildirib.

Çaudri Hindistanla yaşanan son gərginlik barədə danışaraq, Cammu Kəşmirdəki Pahalgam bölgəsindəki hücumla bağlı Pakistanı günahlandıran Hindistanın heç bir dəlil təqdim edə bilmədiyini vurğulayıb. O, Yeni Dehli rəhbərliyini “terror bəhanəsi ilə hadisələri siyasi məqsədlər üçün istifadə etməkdə” ittiham edib.

Çaudri deyib ki, terrorizm, radikalizm və nifrət Hindistanın daxili problemidir və orada müsəlmanlara və sikh icmasına qarşı təzyiqlər bu problemləri daha da alovlandırır.