İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 5 jurnalist həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.
Bildirilir ki, ölənlər Əziz əl-Həccar, Nur Qəndil, Əbdürrəhman əl-Abadil, Xalid Əbu Yusif və Əhməd əl-Zeynatidir.
İsrail ordusu jurnalistlərin qaldıqları evləri və çadırları atəşə tutub, onların uşaqları və ailə üzvləri də həlak olub.