"Bu qanun layihəsi mirasın qəbulu institutunun tələblərinin təkmilləşdirilməsi üçün hazırlanıb. Layihə üzrə əsas dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsində təkilf olunur. Digər qanunlara təklif olunan dəyişikliklər mülki qanunvericilikdən irəli gəlir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrinin müzakirəsi zamanı deyib.
"Burada əsas mirasın qəbul və ya ondan imtina edilməsi, vərəsənin mirasdan imtina etmə ehtimalı yaratdığına görə son dövrlər məhkəmələr tərəfindən mübahisələrə baxılması çoxalıb. Bunun dəqiq mexanizmi yoxdur. Bəzi hallarda varis mirasın qəbul edilməsi və ya ondan imtina barədə özünün rəyini vaxtında bildirmədiyinə görə mübahisələr ortaya çıxır. Bu baxımdan qanunlarda dəyişiklik edilir", - deyə deputat bildirib.
Anar Kəlbiyev