Sinqapur Hava Yollarının əməkdaşları yeddi aylıq əmək haqqına bərabər mükafat alacaqlar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  şirkət 2025-ci ilin ilk rübündə 2,78 milyard dollar xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 24% çoxdur.

"Dəqiq desək, bonus maaşın 7,45 mislini təşkil edir. Fakt budur ki, şirkət sərnişin axınını daim artırır. SİA və onun törəmə şirkəti Scoot bu il 36,4 milyon sərnişin daşıyıb ki, bu da əvvəlki illə müqayisədə 37,6 faiz çoxdur", - KİV yazıb. 

Məlumata görə, Sinqapur Hava Yolları vəzifə və təcrübə səviyyəsindən asılı olaraq bir sıra əmək haqqı təklif edir. Müştəri Xidmətləri Nümayəndələri saatda təxminən 21,45 dollar, Baş Vitse-Prezidentlər kimi təcrübəli mütəxəssislər isə ildə 350,000 dollardan çox qazanır. 

Gülayə Mecid