Rusiyanın Maqnitoqorsk şəhərindəki sirkdə 22 yaşlı qadın akrobat "ölüm çarxından" yıxılaraq ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Çelyabinsk sakini sirk işçisi olmasa da, truppa Abxaziyaya qastrol səfərinə hazırlaşarkən səhnəyə çıxıb. O, iki böyük fırlanan əks çəki təkərlərindən ibarət konstruksiyadan yıxılıb.

Müstəntiqlər cinayət işi açıblar. 

Qadının əvvəllər akrobatika ilə məşğul olduğu və idman ustalığına namizəd adına layiq görüldüyü məlum olub.

Seymur Əli