Səfər Əbiyevə Amerika sayğısı birilərini təəcübləndirdi, cavabları "buynuzlu" oldu
10:56 28-08-2013
CƏMİYYƏT
Səfər Əbiyevə Amerika sayğısı birilərini təəcübləndirdi, cavabları "buynuzlu" oldu
"Ehtiyatda və İstefada olan Zabitlər" ictimai birliyinin sədri, hərbi ekspert Yaşar Cəfərli Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya müraciət edərək bildirib ki, Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsini tutan general-polkovnik Səfər Əbiyevin ABŞ-a səfəri və bu səfərin ABŞ-ın müdafiə katibi Çak Heygelin şəxsi dəvəti ilə baş tutması, Pentaqonda onun şərəfinə fəxri qarovulun düzülməsi "Ehtiyatda və İstefada olan Zabitlər" ictimai birliyinin üzvlərini xeyli dərəcədə təəcübləndirib.
Çünki Müdafiə naziri vəzifəsini tutduğu 19 il ərzində Səfər Əbiyev hərbçilərin və onların ailələrinin hüquqlarını pozan, onlara külli miqdarda maddi ziyan vurulması ilə nəticələnən qərarlar qəbul edib və Azərbaycan Respublikasının Konstitusiyanın, qüvvədə olan digər qanunların tələblərinə zidd olan əmrlər imzalayıb". Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu ictimai birliyin müraciətini belə şərh edib: "Yazını oxuyanda dəhşət məni bürüdü. İndi ona nə ad verək: məgər satqının buynuzu olur?! Onlar cəmiyyətimiz üçün zərərli və təhlükəli ünsürlərdir".
Müstəqil hərbi ekspert Üzeyir Cəfərovun "Unikal"a söylədiyinə görə, "Müdafiə naziri Səfər Əbiyevin 19 illik fəlaiyyətinə kifayət qədər mətbuatda qiymət vermişəm və indi bir daha təkrara varmaq istəmirəm. Sadəcə, onu bildirim ki, onun fəaliyyəti dövründə savaşdankənar durumlarda orduda yüzlərlə qətllər törədilib, yüzlərlə əsgərimiz şikəst edilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun ictimai birliyin müraciətinə sərt reaksiyasına gəlincə bildirməliyəm ki, onun kimdən xoşu gəlmirsə, satqın adlandırır. Bu da onun günahı deyil. Çünki Eldar Sabiroğlu hərb sahəsindən tamamilə uzaq bir adamdır, bu sahədən ümumiyyətlə başı çıxmır".
Ekspert hesab edir ki, "Yaşar Cəfərli Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş ictimai birliyin rəhbəridir və bu bilrliyin konstitusion hüquqları var. Hansısa beynəlxalq quruma və ya dövlət başçısına müraciət edə bilər. Ümumiyətlə, yaşar Cəfərlinin Müdafiə Nazirliyinin və nazir Səfər Əbiyevin ünvanına söylədiyi fikirlərin bəzilərində həqiqət payı güclüdür. O nədəs yanlışlıq edibsə. Bu o demək deyil ki, Müdafiə Nazirliyinin rəsmisi tərəfindən təhqir edilməlidir".
Üzeyir Cəfərovun sözlərinə görə, "Eldar Sabiroğlu vaxtilə İrəvan Pedaqoji İnstitutunu bitirib və Ermənistanda onun tərcümeyi-halına yaxşı bələddirlər. Ermənistan mətbuatı onun barəsində xoşagəlməz faktları işıqlandıır. Ən qəribəsi budur ki. bir zamanlar polkovnik-leytenant rütbəsində olan Sabiroğlunu qanunsuz şəkildə üç rütbə yüksəldərək ona polkovnik rütbəsi verib sonra da Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri qoydular Zamanı gələndə bu saxrtakarlıq hüquqi müstəvidə araşdırılacaq. Qeyd etməliyəm ki, Eldar Sabiroğlu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin tarixində ən uğursuz rəhbərdir. Bu cür kadrla Azərbaycan cəmiyyəti ilə Müdafiə Nazirliyi arasında səmimi və işgüzar təmaslar qurmaq qeyri-mümkündür".
Məzahir Avşar
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24