Tərtərdə Birinci Qarabağ müharibəsi qazisi əli doğranmış vəziyyətdə xəstəxanaya çatdırılıb.
"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində baş verib. 1970-ci il təvəllüdlü Məhərrəmov Cabbar Məmməd oğlu əli doğranmış vəziyyətdə xəstəxanaya çatdırlıb.
Onun hansı vəziyyətdə bu cür xəsarət aldığı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov