Türkiyənin Mersin vilayətinin Toroslar rayonunda səs və görüntü sistemləri istehsal edən fabrikdə yanğın başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Qeyd olunub ki, yanğın zamanı partlayış səsləri eşidilir. Buna görə fabrikin yerləşdiyi yol hərəkətə bağlanıb.

Yanğının nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.

Ağarza Elçinoğlu