17-ci sanksiyalar paketinin qəbulundan dərhal sonra Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketinə hazırlıq başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Avropa İttifaqının (Aİ) xarici işlər və müdafiə nazirlikləri rəhbərlərinin görüşündə bildirib.
"Biz bu gün 17-ci sanksiyalar paketini qəbul edəcəyik və Rusiyanın sülh istəməsi üçün dərhal yeni paketi hazırlamağa başlayacağıq", - Kallas qeyd edib.
Ağarza Elçinoğlu