"Moskva münaqişənin həlli üçün “qeyri-real şərtlər” irəli sürməyə davam edərsə, Rusiya ağır nəticələrlə üzləşə bilər".

"Unikal" xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski "Telegram" kanalında yazıb. 

"Ukrayna istənilən məhsuldar danışıqlar formatına hazırdır. Əgər Rusiya qeyri-real şərtlər irəli sürməyə və mümkün nəticələri pozmağa davam edərsə, bunun ağır nəticələri olmalıdır", - o, mesajında qeyd edib. 

Zelenski əlavə edib ki, "sanksiyalar vacibdir" və Rusiyaya qarşı məhdudiyyətlər qoyan ölkələrə təşəkkür edib. Eyni zamanda, Ukrayna lideri münaqişənin danışıqlar masası arxasında bitməli olduğunu vurğulayıb.

Gülayə Mecid