Təxminən üç aydan sonra ilk humanitar yardım Qəzzaya çatıb.

"Unikal" xəbər verir ki,  bu barədə "Bild" qəzeti yazıb. 

Bu, təxminən üç aya yaxın davam edən blokadadan sonra Qəzza zolağına əziyyət çəkən əhali üçün ilk dəfə humanitar yardımın çatdırılmasıdır.

Bildirilir ki, humanitar yardım daşıyan beş yük maşını sahil bölgəsinə çatıb.