Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə mayın 16-da qeydə alınıb.
Belə ki, Bayramov Nicat Xəqani oğlu şəhərin Sülh küçəsində Hüseynov Santar Xudayar oğlunu bıçaqlayaraq ona ağır dərəcəli bədən xəsarətləri yetirib.
Fakta görə Sumqayıt ŞPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
İş üzrə Bayramov Nicat Xəqani oğlu şübhəli şəxs qismində tutulub.
Murad İbrahimli