Finlandiyanın Pirkkala şəhərində məktəbli uşaq qətliam törədib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə anbaan hücumçu tərəfindən lentə alınıb.
Belə ki, sözügedən şəxs dəhlizə çıxıb və orada bir neçə məktəbli qıza hücum edib. Nəticədə üç nəfər yaralanıb.
Məlumata görə, 16 yaşlı oğlan 6 aya yaxındır ki, hücuma hazırlaşırmış. Hətta, o, "ChatGPT"dən istifadə edərək hücum hazırladığını və qadınlara hücum etməyi planlaşdırdığı ortaya çıxıb.