Amerikanın "SpaceX" şirkəti tələblərə baxmayaraq, silah istehsal etməyəcək.

"Unikal" xəbər verir ki, bunu şirkətin rəhbəri İlon Mask bildirib.

"Mən indiki zamanda "SpaceX"in silah biznesinə girəcəyini gözləmirəm. "SpaceX"dən bunu tez-tez tələb edirlər, lakin indiyə qədər şirkət bundan imtina edib", - deyə Mask bildirib. 

Mask daha əvvəl onun "SpaceX" şirkətinin Palantir və Anduril ilə birgə Qızıl Qübbə raketdən müdafiə sisteminin yaradılmasında iştirak etməyi planlaşdırdığı barədə xəbərləri təkzib etmişdi.