Sosial şəbəkələrdə 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin müəllimi Lalə Şəfaqətovanın səs yazısı yayılıb.

"Unikal" xəbər verir ki, səs yazısından məlum olur ki, direktor müəllimi keçmiş direktor müavini Svetlana Hüeynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, sözügedən səs yazısı araşdırılır və nəticə ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, Svetlana Hüseynova 2023-cü ildə işdən çıxarılıb və işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə direktor Afaq Əliyevanı məhkməyə verib.