İsrailin baş naziri Benyamin Netanyahu İsrail səfirliyinin iki əməkdaşının Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülməsindən sonra İsrailin dünya üzrə diplomatik nümayəndəliklərində təhlükəsizliyin gücləndirilməsi barədə göstəriş verib.
"Unikal" xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Qeyd olunur ki, Netanyahu "İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının dəhşətli antisemitizm tərəfindən öldürülməsindən şoka düşüb".
"Mən İsrailin dünya üzrə nümayəndəliklərində və hökumət nümayəndələri üçün təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş vermişəm", - Netanyahu bildirib.
Gülayə Mecid