Rumıniyanın Konstitusiya Məhkəməsi millətçi Rumınların Birləşməsi Alyansının (AUR) lideri George Simionun ölkədə keçirilən prezident seçkilərinin ləğvi ilə bağlı tələbini rədd etdiyini bildirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi may seçkilərinin saxtalaşdırıldığını və xarici dövlətin təsiri altında olduğunu iddia edib.

2025-ci il mayın 18-də keçirilən səsvermənin ikinci turunda Rumıniyada prezident seçkilərinin ləğvi ilə bağlı Simionun vəsatətinin müzakirəsindən sonra ölkənin Konstitusiya Məhkəməsi yekdilliklə onun ərizəsini əsassız sayaraq rədd edib.

Bu məhkəmənin qərarının qəti olduğu və Mərkəzi Seçki Bürosuna bildiriləcəyi bildirilir.

Mayın 18-də Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib və Buxarest meri Nikuşor Dan qalib gəlib. 

Gülayə Mecid