Şimali Koreyanın yeni hərbi gəmisinin ilk sınağı uğursuzluqla nəticələnib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, döyüş gəmisi suya buraxıldıqdan az müddət sonra batmağa başlayıb. 

Hadisə ölkə rəhbəri Kim Çen Inın gözü qarşısında baş verib. Məlumata görə, 5000 ton ağırlığında olan freqatın atış zamanı müvazinətini itirdiyi və gövdənin aşağı hissəsində əzildiyi bildirilir.

Kim Çen In qəzanı "mütləq ehtiyatsızlıq və məsuliyyətsizlik nəticəsində baş vermiş qeyri-elmi səhv" kimi qiymətləndirib. Kim hadisənin ölkənin şərəfinə xələl gətirdiyini deyib və iyun ayında partiya toplantısına qədər gəminin təmir olunmasını əmr edib.

Qəza nəticəsində ölənlərin olub-olmadığı açıqlanmayıb. Cənubi Koreya hərbçiləri bildiriblər ki, uğursuz buraxılış cəhdindən sonra gəmi yan tərəfdə üzərkən tapılıb.

Gülayə Mecid