İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə və regionun təhlükəsizliyinin keşikçiləridir.
"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.
"İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ilə əməkdaşlıq edən və koordinasiya edən ordunun dörd qolu, lazım gələrsə, ölkənin və regionun təhlükəsizliyini təmin etmək missiyasına malikdir. Silahlı qüvvələrin optimal hazırlığı və yüksək qabiliyyəti davamlı təhlükəsizliyin yaradılmasında, düşmənlərin istək və tamahlarının cilovlanmasında, düşmənləri İran ərazisini işğal edərlərsə, heç bir fayda əldə etməyəcəkləri halda yüksək qiymət ödəyəcəklərinə inandırmaqda ən mühüm amildir", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu