İran prezidenti və məşhur cərrah Məsud Pezeşkian Təbrizə səfəri zamanı yenidən əməliyyat otağına qayıdıb.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, Pezeşkian şəxsən şəhərdəki tanınmış xəstəxanalardan birində ürək əməliyyatı keçirib.
Qeyd edək ki, İran lideri siyasətə başlamazdan əvvəl uzun illər ölkə üzrə tibb mərkəzlərində həkim və ürək cərrahı kimi çalışıb.
Ağarza Elçinoğlu