Gürcüstanda müxalifətin “Dəyişiklik Koalisiyası”nın liderlərindən biri Zurab Caparidze məhkəmə zalında həbs edilib.
"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Caparidze 20 min lari məbləğində girovu ödəmədiyinə və parlamentin istintaq komissiyasına gəlmədiyinə görə həbs edilib. Qərar prokurorun vəsatətini təmin edən Tbilisi şəhər məhkəməsinin hakimi İrakli Şvanqiradze tərəfindən qəbul edilib.
Caparidze parlament komissiyasının iclasına gəlməyib, bundan sonra o, sülh məhkəməsi qarşısında ifadə verməyə çağırılıb və ona rəsmi ittiham irəli sürülüb. Tbilisi Şəhər Məhkəməsi Caparidze barəsində 20 min lari məbləğində girov kimi həbs qətimkan tədbiri seçib. Gürcü müxalifətçiyə qarşı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi - “Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinə tabe olmama” ilə aparılır ki, bu da cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Məhkəmə iclası Caparidzeyə dəstək aksiyası fonunda baş tutub. Gürcüstanın Birinci Kanalı xəbər verir ki, Tbilisi şəhər məhkəməsi qarşısında keçirilən etiraz aksiyasında üç nəfər inzibati xətalara görə saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.