Panama hakimiyyəti doqquz aydan çox fasilədən sonra Venesuela ilə hava nəqliyyatını bərpa etmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Administrasiyası "Instagram"da məlumat yayıb.
"Panamanın Mülki Aviasiya İdarəsi Venesuela ilə hava nəqliyyatının bərpasını təsdiqləyir. Bu, hər iki ölkənin aviaşirkətlərinə fəaliyyətini bərpa etməyə imkan verəcək", - məlumatda deyilir.
2024-cü ilin avqustunda Panama tərəfinin təşəbbüsü ilə ölkələr arasında hava əlaqəsi kəsilib. Həmin vaxt Venesuelada Nikolas Maduronun qalib gəldiyi prezident seçkiləri gedirdi. Daha sonra Panama hakimiyyəti səsvermənin nəticələrini tanımaqdan imtina edib və Karakasla diplomatik əlaqələri dayandırıb.