ABŞ Prezidenti Donald Tramp bu gün İsrail lideri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Ofisi məlumat yayıb.
Tramp telefon danışığı zamanı İsrail səfirliyinin iki əməkdaşının öldürülməsindən dərin kədərləndiyini bildiribrib.
Öz növbəsində Netanyahu Trampa “onun və administrasiyasının ABŞ-dakı antisemitizm təzahürlərinə qarşı göstərdiyi səylərə” görə təşəkkür edib.
Xatırladaq ki, bu gün Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı güllələnib.
ABŞ prezidenti Donald Tramp həlak olanların ailələrinə başsağlığı verib və deyib ki, atışma "açıqca antisemitizm motivləri ilə törədilib".
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin dünya üzrə missiyalarında təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verib.