ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,51% artaraq 1 barelə görə 64,11 ABŞ dolları təşkil edib.

"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,54% artaraq 60,87 ABŞ dollarına bərabər olub.